DÜNYA


Yukiya Amano: İran həmişə nüvə razılaşmasına sadiq qalıb

Tehran, 10 noyabr, AZƏRTAC 

İran bu gün də nüvə razılaşması ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir və həmişə razılaşmaya sadiq qalıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano deyib. Onun sözlərinə görə, agentliyin mütəxəssisləri İranda keçirdikləri monitorinq zamanı əldə edilən razılaşmanın pozulmadığının şahidi olublar. ABŞ cari ilin may ayında “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqında əldə olunmuş razılaşmadan və Hərtərəfli Birgə Fəaliyyət planından birtərəfli qaydada çıxdıqdan sonra da İran nüvə tədqiqatlarını davam etməyə cəhd göstərməyib.

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlik 12 hesabat təqdim edib. Bütün hesabatlarda göstərilib ki, İran nüvə tədqiqatlarını dayandırıb və nüvə silahı hazırlamaq potensialı yoxdur. Bu hesabatlara baxmayaraq, ABŞ İrana qarşı iqtisadi sanksiyaları daha sərtləşdirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.