İDMAN


Yüksək Liqa: “Araz-Naxçıvan” komandası ikinci qələbəsini qazanıb

Bakı, 8 oktyabr, AZƏRTAC

“Araz-Naxçıvan” komandası futzal üzrə Yüksək Liqada ikinci qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də yarışın ikinci turunda Naxçıvan təmsilçisi “Neftçi”ni qəbul edib. “Olimpk Star”da təşkil olunan matçda “Araz-Naxçıvan” 4:1 hesablı qələbə qazanıb.

Baş hakim Əli Cəbrayılovun idarə etdiyi oyunda Naxçıvan klubunun heyətində Xətai Bağırov və İsa Atayev dubl ediblər. Rəqib komandanın qolunu isə İlkin Hacıyev vurub.

İlk turda “Araz-Naxçıvan” komandası “Record club”a 4:2 hesabı ilə qalib gəlib, “Neftçi” isə EKOL-a uduzub – 2:9.

İkinci turun ilk oyununda “Baku Fire” komandası “Xilə”ni 7:5 hesabı ilə məğlub edib.

Tura oktyabrın 8-də keçiriləcək “Alyans” – “Record club” və EKOL – U-19 oyunları ilə yekun vurulacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.