İDMAN


Yüksək Liqa: “Murov” klubu “Abşeron”a, “Azərreyl” isə UNEC-ə qalib gəlib

Bakı, 30 mart, AZƏRTAC

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.

AZƏRTAC xəbər verir ki, Bu gün yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşıb.

Günə “Abşeron” - “Murov” matçı ilə start verilib. Görüş “Murov”un 29:27 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:18 hesabı ilə “Abşeron” qalib gəlsə də, baş məşqçi Vüqar Əliyevin komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub - 3:1. Beləliklə, “Murov” yarımfinalın ilk oyununda qələbə qazanıb.

Voleybol Mərkəzində təşkil olunan yarımfinalın digər matçında “Azərreyl"lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran "Azərreyl"in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn baş məşqçi Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.