İDMAN


Yüksək Liqada üçüncü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib

 

Bakı, 5 may, AZƏRTAC

Yüksək Liqada üçüncü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildiriblər ki, hər iki oyun mayın 7-də Bakı İdman Sarayında keçiriləcək.

Əvvəlcə meydana bürünc medalının sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları çıxacaq.

Bu görüş saat 12:00-da start götürəcək. Həmin gün saat 15:00-da isə final qarşılaşması keçiriləcək.

“Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.