İDMAN


Yüksək Liqanın XVIII turu EKOL futzal komandası üçün əlamətdar olub

Bakı, 18 fevral, AZƏRTAC

Futzal üzrə Yüksək Liqanın XVIII turu EKOL komandası üçün əlamətdar göstərici ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, 2008-ci ildə yaradılan və ölkə çempionatında iştirak edən bu komanda “Yasamal” İSK ilə matçadək 1489 qol vurub. Autsayderlə matçda 13:2 hesabı ilə qələbə qazanan EKOL-un 11-ci – Əsgər Abasovun vurduğu qol klubun tarixində 1500-cü qol olub. Hazırda aktivində 1502 qol olan EKOL bu göstəriciyə 226 oyunda nail olub. Bu da hər oyuna orta hesabla 6.6 qol deməkdir. Yeri gəlmişkən, EKOL 226 oyundan 143-də qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.