İDMAN


Yüksək Liqanın final və 3-cü yer uğrunda oyun cədvəli açıqlanıb

Bakı, 15 may, AZƏRTAC

Futzal üzrə Yüksək Liqanın final və 3-cü yer uğrunda oyun cədvəli açıqlanıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, mayın 17-də keçiriləcək çempionatın sonuncu görüşləri Bakı İdman Sarayında təşkil olunacaq.

Üçüncü yer uğrunda görüşdə EKOL və “Neftçi” komandaları qarşılaşacaqlar. Matç saat 14:30-da start götürəcək.

Qızıl medallar uğrunda qarşılaşmada “Araz” və “Xəzər Cənub” komandaları üz-üzə gələcəklər. Görüşün start fiti saat 17:00-da səslənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.