İQTİSADİYYAT


Yüksək Texnologiyalar Parkı Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilatın müşahidəçi üzvü seçilib

Bakı, 14 yanvar, AZƏRTAC 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunub. Bununla bağlı nazirliyə təşkilatın prezidenti Kyon Sun Teykin imzası ilə üzvlük sertifikatı daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, WTA 1996-cı ildə elm və texnologiyanın inkişafına, eyni zamanda elm şəhərcikləri arasında əməkdaşlığın inkişafı məqsədilə yaradılıb. Təşkilatın üzvləri əsasən yerli hökumətlərdən ibarətdir. “WTA” təşkilata üzv olan və üzv olmayan digər elm şəhərciklərinin regional inkişafını təşviq etmək üçün bir çox proqramların planlaşdırılmasını həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.