ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

Bakı, 8 avqust, AZƏRTAC

Yüksək Texnologiyalar Parkı (YTP) və Rusiyanın “Protechservice” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair anlaşma memorandumu imzalanıb.

Anlaşma memorandumunu YTP-nin baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və “Protechservice” MMC-nin baş direktoru Yevgeni Sarojinski imzalayıblar.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, gələcək tədqiqatlar üçün əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsini nəzərdə tutan sənəd maliyyə, insan, texniki və digər resurslardan səmərəli istifadə olunması, elmi-tədqiqat və innovasiyaların inkişafı, eləcə də innovativ texnologiyaların kommersiyalaşdırılmasının sürətləndirilməsi məqsədi daşıyır.

Memorandum çərçivəsində strateji əməkdaşlıq üçün qarşılıqlı razılaşmalar və təlimatların müəyyən edilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, dəqiq və texniki elmlər sahəsində tədqiqatların aparılmasında yaxından iştirak edən “Protechservice” MMC məlumat bazalarının və informasiya ehtiyatlarının yaradılması və istifadəsi, kompüter texnologiyaları sahəsində konsultativ fəaliyyət, proqram təminatının işlənilməsi ilə məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.