ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkı ilə STEPI arasında icra edilən layihə çərçivəsində növbəti mühazirə dinlənilib

Bakı, 2 avqust, AZƏRTAC

Yüksək Texnologiyalar Parkı (YT Park) ilə STEPI arasında icra edilən layihə çərçivəsində növbəti onlayn mühazirə dinlənilib.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, “Gwangju” Elm və Texnologiya İnstitutunun (GIST) professoru Lak-Kyoun Sonqun təqdimatında “Universitet və laboratoriya startapı (İnkubasiya)” adlı mühazirə Koreya univesitetlərində startup prosesləri, o cümlədən texnologiyaları kommersiyalaşdırılması, əqli mülkiyyət məsələləri və bu sahədə aktual olan digər mövzulara həsr edilib.

Qeyd edək ki, professor Lak-Kyoung Sonq 2005-2008-ci illərdə “Daedeok Innopolis” Fondunun (www.ddinnopolis.or.kr) icraçı direktoru olub. O, Fondda tədqiqat və inkişaf laboratoriyasının startap proqramı və “İnnopolis” Yüksək Texnologiyalar Fondu kimi texnoloji kommersiya infrastrukturu yaradıb. 2009-cu ildən başlayaraq 12 il ərzində Koreyanın ən məşhur elmi mərkəzi olan KAIST-də (Korea Advanced Institute of Science & Technology) sahibkarlıq fəaliyyəti göstərən professor kimi çalışıb.

Mühazirə zamanı Koreyadakı startap proqramlarından bəhs edilib, iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.