ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkı və STEPI-nin birgə layihəsi çərçivəsində onlayn mühazirə dinlənilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə icra etdiyi “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində növbəti onlayn mühazirə dinlənilib.

YTP-dən AZƏRTAC-a bildirilib ki, “Bilik laboratoriyası” formatında “Texnologiyanın kommersiyalaşdırılması şəbəkəsi və hökumətin dəstəyi” mövzusunda onlayn mühazirəni Koreya Geologiya və Mineral Ehtiyatlar İnstitutunun baş mühəndisi Seokeuy Honq təqdim edib. O, Koreyada texnologiyaların transferi və kommersiyalaşdırılma prosesinə yeni baxış, tədqiqat və inkişaf imkanları, Azərbaycan üçün mümkün həll yolları, əqli mülkiyyət keyfiyyətinin təmin edilməsinə dair məlumat verib, texnologiya transferi ofislərinin fəaliyyəti barədə danışıb.

Qeyd edək ki, okeanoqraf Seokeuy Honq Hanyang Universitetində kimya üzrə magistr dərəcəsi alıb. O, 1991-ci ildən hökumət tərəfindən maliyyələşdirilən qurumda sənaye texnologiyaları məlumatlarının təhlili üzrə tədqiqatçı kimi çalışıb, 2000-ci ildə “LG” şirkətində patent və innovasiya üzrə məsul şəxs kimi fəaliyyət göstərib. 2009-cu ildən Koreya Geologiya və Mineral Ehtiyatlar İnstitutunda çalışır və texnologiyaların transferi, kommersiyalaşdırılması və startaplara cavabdeh şəxsdir.

Onlayn tədbir müzakirə və sual-cavab formatında davam etdirilib.

Xatırladaq ki, 2022-2024-cü illərdə həyata keçiriləcək “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi texnoparkın əməliyyat potensialını və rəqabət qabiliyyətini əsas təlim proqramları vasitəsilə gücləndirməyi, ölkədə innovativ iqtisadi ekosistemin formalaşdırılmasına və inkişafına dəstək verməyi, eləcə də istismar təcrübəsini artırmağı hədəfləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.