İQTİSADİYYAT


Yüksək Texnologiyalar Parkında “Robitiks” mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanılıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında “Mars Academy”nin məktəblilər arasında böyük maraq doğuran “Robitiks” kurslarına start verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 6-da Yüksək Texnologiyalar Parkında “Robitiks” Mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə 100-dən çox məktəbli iştirak edərək rəqəmsal incəsənət nümunələri ilə tanış olub.

Kurslara marağı nəzərə alaraq “YT Park” MMC və “Mars Academy” arasında bağlanacaq əməkdaşlıq memorandumu çərçivəsində məktəblilər üçün kurslar parkın ofisində keçiriləcək.

Məlumat üçün bildirək ki, “Mars Academy”nin missiyası keyfiyyətli STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları təklif etməklə gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahələrə olan marağın artmasında iştirak etmək, peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqla, düzgün seçim etmələrinə kömək olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.