ELM VƏ TƏHSİL
Yüksək Texnologiyalar Parkında kiçik və orta sahibkarlıq inkişaf etdirilir
Bakı, 8 avqust, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin nümayəndəsi ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi müəssisədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində önəmli işlər görüldüyünü qeyd edib.
Görüşdə iki qurum arasında əməkdaşlığın təşkilinə və birgə layihələr reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Sonra KOB İnkişaf Agentliyinin nümayəndəsi AMEA-nın təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş, neft və neft-kimya məhsullarını yüksək səviyyədə sınaqdan keçirən Akademiya Laboratoriyası ilə tanış olub.