ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkında rezident müəssisələrin rəhbərləri ilə görüş

Yüksək Texnologiyalar Parkında rezident müəssisələrin rəhbərləri ilə görüş

Bakı, 6 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) bu qurumun rəhbərliyi ilə rezident müəssisələrin nümayəndələri arasında görüş keçirilib.

YTP-dən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd texnopark və rezidentlərlə bağlı qanunvericilik aktlarında bəzi dəyişiklərlə tanışlıq və qarşıda duran problemlərin müzakirəsi olub.

Baş direktor iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Azərbaycan Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar olaraq müvafiq işlər aparıldığını diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətdə görülən işlərin cari ayda yekunlaşması nəzərdə tutulur. Rezidentlərin sağlam mühitdə sahibkarlıq fəaliyyətini icra etmələri üçün texnoparkda zəruri şərait və mühit yaradılıb.

Daha sonra texnoparkın baş mühəndisi Rahim Heydərov, icraçı direktoru Zaur Nəhmətov, Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nigar Mirbabayeva çıxış ediblər.

Bildirilib ki, iki rezident müəssisənin tikinti layihə sənədləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. Eyni zamanda, rezident müəssisə rəhbərlərinə texniki və əmək təhlükəsizlik qaydalarına ciddi riayət olunması və müntəzəm nəzarətin aparılması tövsiyə olunub.

Görüşdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sənaye və texnologiyalar parkı ilə bağlı cari ildə imzaladığı mühüm fərmanlar barədə də məlumat verilib. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər, o cümlədən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya əsasən texnologiyalar parkı ilə yanaşı, ondan kənarda fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxslərin də texnologiya parkının rezidenti sayılması və onlara veriləcək imtiyazlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda müzakirələr aparılıb, rezident müəssisələrin rəhbərlərinin təklif və problemləri dinlənilib. İştirakçılar bu kimi görüşlərin təşkilinin ümumi inkişaf naminə faydalı olacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.