ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən xüsusi təyinatlı mühərrik yağı istehsal ediləcək

Bakı, 21 aprel, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti tərəfindən xüsusi təyinatlı mühərrik yağı istehsal ediləcək.

Bu barədə AZƏRTAC-a YT Parkdan məlumat verilib. Qeyd olunub ki, son illərdə dünyanın xüsusi təyinatlı texnika istehsalı üzrə ixtisaslaşmış qabaqcıl ölkələrinin istehsal etdiyi qurğu daha modern, gücləndirilmiş, sərt şəraitdə işləyə bilən variantda hazırlandığı üçün onların mühərriklərində işlədilən sürtkü yağları da yüksək istismar xüsusiyyətləri tələb edir.

Bu səbəbdən Ukrayna Hərbi Sənaye Nazirliyinin Xarkov şəhərində yerləşən texnika zavodunun rəhbərliyi akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun bu sahədə zəngin təcrübəsini nəzərə alaraq onlara müraciət edib. İnstitutun kollektivi qısa müddət ərzində daha sərt şəraitdə işləyə bilən xüsusi təyinatlı texnika üçün nəzərdə tutulmuş M-16 ИХП-3-У dizel mühərrik yağının resepturasını və istehsal texnologiyasını işləyib hazırlayıb.

Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsində yaradılmış təcrübə qurğusunda sınaq partiyası hazırlanaraq Ukraynaya göndərilib. Bu yağ Ukraynada xüsusi təyinatlı texnika üzərində üç mərhələli sınaqlardan uğurla keçib.

Hazırda bu yağa yaranan tələbat nəzərə alınaraq onun müntəzəm istehsal prosesinin yaradılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.