REGİONLAR


Yüksək bal toplayan 10 xaçmazlı tələbəyə fərdi təqaüd kartları verilib VİDEO

Xaçmaz, 5 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Milli Məclisin deputatı İlham Əliyev Xaçmaz rayonundan yüksək balla ali məktəblərə qəbul olunan tələbələrlə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı yüksək bal toplayan 10 tələbəyə Milli Məclisin deputatı adından fərdi təqaüd kartı təqdim olunub. Həmin tələbələr təhsil müddətində hər ay 100 manat məbləğində təqaüd alacaqlar.

Deputatın təşəbbüsü ilə həyata keçirilən bu ənənəvi aksiya 8 ildir davam etdirilir. Bu illər ərzində, ümumilikdə, 81 nəfərə fərdi təqaüd kartı verilib.

Rayon rəhbərliyinin, təhsil işçilərinin və yüksək bal toplayan tələbələrin valideynlərinin də iştirak etdiyi görüşdə bildirilib ki, bu il Xaçmaz rayonu üzrə ali məktəblərə 414 nəfər qəbul olub. Onlardan 12-si 600-dən yuxarı bal toplayıb. Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin məzunu Jalə Rəcəbova isə 700 bal toplayaraq maksimum nəticə göstərib.

Milli Məclisin deputatı İlham Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tələbələri təbrik edərək, onlara uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.