REGİONLAR
Yüksək bal toplayan xaçmazlı tələbələrə fərdi təqaüd kartları verilib VİDEO
Xaçmaz, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Milli Məclisin deputatı İlham Əliyev Xaçmaz rayonundan yüksək balla ali məktəblərə qəbul olunan tələbələrlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı yüksək bal toplayan 10 tələbəyə Milli Məclisin deputatı adından fərdi təqaüd kartı təqdim olunub. Həmin tələbələr təhsil müddətində hər ay 100 manat məbləğində təqaüd alacaqlar.
Deputatın təşəbbüsü ilə həyata keçirilən bu ənənəvi aksiya 7 ildir davam etdirilir. Bu illər ərzində, ümumilikdə, 71 nəfərə fərdi təqaüd kartı verilib.
Milli Məclisin deputatı İlham Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tələbələri təbrik edərək, onlara uğurlar arzulayıblar.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və yüksək bal toplayan tələbələrin valideynlərinin də iştirak etdiyi görüşdə bildirilib ki, bu il Xaçmaz rayonu üzrə ali məktəblərə 391 nəfər qəbul olub. Onlardan 54-ü 500-dən, 10-u isə 600-dən yuxarı bal toplayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]