ELM VƏ TƏHSİL


Yüksək bal toplayanlar arasında müəllim ixtisası seçənlərin sayı artıb

Bakı, 8 fevral, AZƏRTAC 

Təsadüfi deyildir ki, 2018-ci ildə 500 və daha çox bal toplayan məzunlar arasında müəllim ixtisası seçənlərin sayı 2017-ci ilə nisbətən 53,6 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, bu sahədə, xüsusilə peşə təhsili istiqamətində işlər ardıcıl həyata keçirilir və Prezident İlham Əliyevin bu il yanvarın 16-da Sumqayıtda “SOCAR Karbamid” zavodunun açılışında qeyd etdiyi kimi, artıq “... Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər. Bu, son illər ərzində təhsil sahəsinə ayrılan diqqətin bariz nümunəsidir”. Təhsil sahəsində mövcud olan problemlərin həlli ardıcıl davam edir və bu sahədə şəffaflıq artdıqca müraciətlərin, xüsusilə şikayətlərin sayı ildən-ilə azalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.