CƏMİYYƏT


Yüksək dağlıq ərazilərdə 16°-dək şaxta olub

Bakı, 22 fevral, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Gədəbəydə 22, Göygöldə 19, Kişçayda (Şəki) 17, Lerikdə 15, Şəkidə 14, Qrızda 12, Altıağac, Oğuzda 10, Xaltanda 6, Yardımlı, Ağdərədə (Ordubad) 5, Qubada 3, Qəbələ, Zaqatala, Qusarda 1 santimetr təşkil edib.

Düşən yağıntının miqdarı Neftçalada 7, Lənkəranda 6, Lerikdə 5, Yardımlı, Astarada 4, Beyləqan, Cəfərxanda 2, Şərur, Göygöl, Qəbələ, Mərəzə, Zərdab, İmişli, Kürdəmir, Maştağa, Binədə 1 millimetrədək olub.

Havanın temperaturu fevralın 21-də Bakıda iqlim norması daxilində olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2° isti, Naxçıvan Muxtar Respublikasında 2-4°, Aran rayonlarında 0-3°, dağlıq rayonlarda 6-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.