ELM VƏ TƏHSİL
Yüksək dağlıq ərazilərdə bitən bəzi nadir bitkilərə iqlim dəyişikliklərinin təsiri öyrənilir
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının "Bitkilərin mühafizəsi və monitorinqi" laboratoriyasında yüksək dağlıq ərazilərdə bitən bəzi nadir bitkilərə iqlim dəyişikliklərinin təsirinin öyrənilməsi ilə bağlı tədqiqatlara başlanılıb.
Bu barədə AZƏRTAC-a Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən Vahid Fərzəliyev məlumat verib.
“Müasir dövrdə dünyada baş verən iqlim dəyişiklikləri fonunda bitkilər aləminin buna reaksiyası böyük maraq doğurur. Bu prosesi öyrənmək məqsədilə Lerik rayonunda 1600 metr hündürlükdə yayılmış 100-200 yaşlı qaraçöhrə ağaclarından oduncaq halqa nümunələri götürüb və laboratoriyada analizlərə başlanılıb. Tədqiqatlar müasir anatomik və dendroxronoloji metodlardan istifadə olunmaqla aparılır”, - deyə V.Fərzəliyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]