CƏMİYYƏT


Yüksək temperaturda bişirildiyinə görə cipslər sağlamlıq üçün təhlükə riski yaradır

Bakı, 7 iyul, AZƏRTAC

Satışda və reklamlarda nümayiş olunan məhsulları almağa və dadmağa həmişə böyük maraq olur. Uşaqlar və böyüklər arasında cipsə olan maraq böyükdür və əksəriyyət onu sevir. Təəssüf ki, onun zərərləri haqqında da xeyli məlumatlar var. Uşaqların ən sevimli təamlarından biri olan cips dünyada ən çox satılan qida məhsullarından sayılır. Onun sağlamlığa ziyanlı təsirləri ilə əlaqədar müxtəlif fikirlər mövcuddur.

Cipslərin yeganə cazibəsi nişasta və bir çox digər maddələrin uğurlu birləşməsinin köməyi ilə əldə olunan ləzzətli və xoş daddır. Cips hazırlanarkən istifadə edilən tərəvəzin bütün vitaminləri və faydalı komponentləri məhv olur. Ona görə də mütəxəssislər həmin məhsulun ev şəraitində təbii və möhkəm kartofdan hazırlanmasını tövsiyə edirlər.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova deyib: “Cipslər konservantdır, uzun müddət saxlanılması və xarab olmaması üçün onların tərkibinə xüsusi qatqılar əlavə olunur. Həmin yağlar qaraciyər, mədəaltı vəz, mədə-bağırsaq traktında müəyyən xəstəliklərə səbəb olur. Uşaqların qida rasionunda cipslərə mümkün qədər yer verilməməlidir, çünki onun qəbulu uşaqların piylənməsinə aparıb çıxara, gələcəkdə şəkərli diabet, ürək-damar xəstəliyi və yüksək xolesterinlə nəticələnə bilər. Eyni zamanda yüksək temperaturda bişirildiyinə görə onun içərisində insan sağlamlığı üçün böyük təhlükəyə çevrilən maddə əmələ gəlir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.