ELM VƏ TƏHSİL


Yüksək texniki peşə təhsili alan tələbələrə subbakalavr dərəcəsi veriləcək

Bakı, 13 sentyabr, AZƏRTAC 

Yüksək texniki peşə təhsili alan tələbələrə subbakalavr dərəcəsi veriləcək.

Bunu AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov deyib.

O bildirib ki, bununla əlaqədar hüquqi bazanın yaradılması istiqamətində işlər aparılır.

Xatırladaq ki, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda peşə təhsilinin səviyyəsi ilkin, texniki və yüksək texniki peşə təhsili pillələrinə bölünür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.