ELM VƏ TƏHSİL


Yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydası təsdiqlənəcək

Bakı, 29 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 398-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən,

1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü və 21.3-cü maddələrinin ikinci cümlələrində, 22.6-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20.3-cü və 21.3-cü maddələrinin ikinci cümlələrində, 22.6-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasını üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 398-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868, № 11, maddə 1362, № 12 (I kitab), maddə 1469; 2021, № 6 (I kitab), maddə 571) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “21.2-1-ci maddəsinin ikinci cümləsində” sözləri “20.3-cü, 21.2-1-ci və 21.3-cü maddələrinin ikinci cümlələrində” sözləri ilə əvəz edilsin və həmin bəndə “22.5-1-ci,” sözlərindən sonra “22.6-1-ci,” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bənddən “, 21.5-ci” sözləri çıxarılsın və həmin bənddə “21.2-1-ci maddəsinin ikinci cümləsində” sözləri “20.3-cü, 21.2-1-ci və 21.3-cü maddələrinin ikinci cümlələrində, 22.6-1-ci” sözləri ilə, “maddəsində, 26.1-1-ci” sözləri “, 26.1-1-ci” sözləri ilə əvəz edilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.