ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsinin İşçi qrupu Özbəkistanın Dövlət Qulluğunun İnkişafı Agentliyinin nümayəndə heyəti ilə görüşüb

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin nümayəndə heyəti “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd təşkilatlararası təcrübə mübadiləsini həyata keçirərək kadr rezervinin idarə edilməsi üzrə bir sıra istiqamətdə digər ölkələrin, o cümlədən “Yüksəliş” müsabiqəsinin təcrübələrindən yararlanmaqdır.

Görüşdə istedadlı və bacarıqlı kadrların yaradılmasını təmin etməklə təşkilatların gələcək hədəflərini, habelə mövcud hədəflərini həyata keçirməyə xidmət etmək məqsədilə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Bu əməkdaşlığın müvafiq layihələrin həyata keçirilməsində təcrübə mübadiləsini daha da optimallaşdırmaq istiqamətində faydalı olacağı gözlənilir.

Bundan əlavə, görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev qonaqlara müsabiqənin mərhələləri, gedişatı və iştirakçıların müsabiqə çərçivəsində inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılması kimi imkanlardan danışıb.

Nümayəndə heyətinin tərkibi agentliyin Kadrların idarə olunması şöbəsinin müdiri Qurbanov İlham Jumakuloviç, Dövlət orqanlarında və təşkilatlarında kadrlarla işin əlaqələndirilməsi şöbəsinin müdiri Abbas Aşrapoviç Əkrəmov, Dövlət qulluqçularının hüquqlarının müdafiəsi və onlara şərait yaradılması şöbəsinin müdir müavini Şuxrat Muratoviç Mamadjanov, Milli kadrlar ehtiyatı ilə iş şöbəsinin baş inspektoru Timur Qənijanoviç Abdullayev, Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının baş müfəttişi Akmal Səfərbəyeviç Əzizov və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Qaibov Bəhramdan ibarət olub.

Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyi Özbəkistanın dövlət orqanlarında və təşkilatlarında insan resurslarının inkişafı və kadrların idarə edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə məsul orqandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.