ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi 2 imtahandan ibarətdir VİDEO

Bakı, 12 sentyabr, AZƏRTAC 

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi 2 imtahandan - qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin başlaması ilə əlaqədar keçirilən brifinqdə İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.

O bildirib ki, iki saat ərzində keçirilməsi nəzərdə tutulan qabiliyyət üzrə yoxlama imtahanında iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırdıqları sualların ümumi sayının ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdıqları sualların isə ən azı 50 faizini təkrar etməlidir.

Əyani mərhələnin idarəetmə bacarıqları imtahanına qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq.

Əyani mərhələnin qabiliyyət üzrə yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq. Üç saat ərzində keçirilməsi nəzərdə tutulan idarəetmə bacarıqları üzrə imtahanın nəticələri isə 2 həftə müddətində yoxlanılıb iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2020-ci il fevralın 2-də yekunlaşıb. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.