ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsinin finalında 100 namizəd iştirak edəcək

Bakı, 12 sentyabr, AZƏRTAC 

“Yüksəliş” müsabiqəsinin final mərhələsində 100 namizəd iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin başlaması ilə əlaqədar keçirilən brifinqdə İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.

O bildirib ki, əyani mərhələdə ən yüksək nəticə göstərən 300 namizəd yarımfinalda imtahan verəcək. Yarımfinal mərhələsindən 100 iştirakçı finala keçəcək. Finalda isə 20 nəfər ən yaxşı namizəd seçiləcək. Bu namizədlər müsabiqənin idarəçi rəhbərlərinin yanında təcrübə keçəcəklər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2020-ci il fevralın 2-də yekunlaşıb. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775 nəfər müsabiqəyə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.