ELM VƏ TƏHSİL


Yuliya Djerqeniya: Məqsədimiz abituriyentləri universitetimizə cəlb etməkdir

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakıda keçirilən Beynəlxalq Təhsil Sərgisində ikinci dəfədir ki, iştirak edirik. Məqsədimiz abituriyentləri universitetimizə cəlb etməkdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin nümayəndəsi Yuliya Djerqeniya deyib. O bildirib ki, təmsil etdiyi ali məktəbdə xeyli sayda xarici tələbə təhsil alır. Onların arasında azərbaycanlı tələbələr də var.

“Universitetimizdə iqtisadiyyat və menecment sahələri üstünlük təşkil etsə də, linqvistika, psixologiya, informatika, tətbiqi riyaziyyat, turizm və idarəçilik sahələri üzrə təhsil almaq da mümkündür. Biz Azərbaycanda keçirilən 13-cü Beynəlxalq Təhsil Sərgisində təhsil sahəsində xidmətlərimiz haqqında məlumat veririk. Stendimizə məhz bizim ali məktəbdə təhsil almaq istəyən gənclər yaxınlaşır”, - deyə Yuliya Djerqeniya qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.