DÜNYA


Yuliya Timoşenko koronavirusdan sağalıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Ukraynanın “Batkivşina” partiyasının lideri, Ali Radanın deputatı Yuliya Timoşenkonun koronavirusdan son testi neqativ nəticələnib.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Marina Soroka özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Yuliya Timoşenko özünü xeyli yaxşı hiss edir, lakin xəstəliyin nəticələri hələ də özünü göstərir.

“Ağ ciyərlərin iltihabı hələ davam edir, lakin müalicə uğurla aparılır. Yuliya Timoşenko yaxın zamanlarda normal həyatına qayıdacaq”, - deyə Marina Soroka bildirib.

Qeyd edək ki, avqust ayının 23-də Yuliya Timoşenkonun koronavirusa yoluxduğu məlum olmuş və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt yerli KİV-lər siyasətçinin süni nəfəs aparatına qoşulduğu barədə məlumat yaymışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.