İDMAN
Yunan-Roma güləşçilərimiz Fransa Qran-Prisində 7 medal qazanıblar
Bakı, 20 yanvar, AZƏRTAC
Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın proqramına əsasən, yanvarın 18-də sərbəst, 19-da isə yunan-Roma güləşi üzrə mübarizə baş tutub. Ölkəmizi ənənəvi turnirdə baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə millimiz təmsil edib.
Komandamız Qran-Pridə uğurlu çıxış edərək 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sənan Süleymanov (72 kq), Orxan Nuriyev (97 kq) ikinci, Taleh Məmmədov (63 kq) isə üçüncü yeri tutublar.
Xatırladaq ki, turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]