İDMAN
Yunan-Roma güləşçilərimiz “Təxti kuboku”nda çıxış edəcəklər
Bakı, 22 yanvar, AZƏRTAC
Güləşçilərimiz 2019-cu ildə beynəlxalq yarışlara start verir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, pəhləvanlarımız üçün ilk belə turnir yanvarın 24-25-də Tehranda keçiriləcək yunan-Roma güləşi üzrə “Təxti kuboku” olacaq.
Ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcəklər.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakimimiz Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]