İDMAN


Yunan-Roma güləşçilərimiz U-17 Avropa çempionatında 8 medal qazanıblar

Bakı, 15 iyun, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışın üçüncü günündə - iyunun 15-də yunan-Roma güləşçilərimiz daha 4 medal əldə ediblər.

Məhəmməd Qasımzadə (60 kq) finalda gürcüstanlı Avtandil Mamaladzeyə tam üstünlüklə (9:1) qalib gələrək Avropa çempionu olub. Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, yığma komandamız qitə birinciliyini 8 medalla başa vurub. Bunlardan 2-si qızıl, 5-i gümüş, 1-i isə bürünc medal olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.