İDMAN


Yunan-Roma güləşçilərimiz artıq Qazaxıstandadırlar

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Olimpiadaya lisenziya xarakteri daşıyan güləş üzrə dünya çempionatı keçiriləcək. Artıq yunan-Roma güləşçilərimiz Qazaxıstandadırlar.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Bu növdə baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) ölkəmizi təmsil edəcəklər.

Qadın güləşçilərdən ibarət millimiz isə ötən ayın sonundan Qazaxıstanda təlim-məşq toplanışında iştirak edir. Qadınların yarışında baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) mübarizə aparacaqlar.

Mundialın son günlərində sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Millimizin üzvləri sentyabrın 16-da Qazaxıstana yola düşəcəklər. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, olimpiya çəkilərində ilk 6 pillənin sahibi “Tokio 2020”yə vəsiqə qazanacaq. Dünya çempionatında I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.