İDMAN
Yunan-Roma güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
Bakı, 8 may, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə - mayın 8-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Murad Məmmədov (60 kq) Stiq Andre Berqe (Norveç), Rəsul Çunayev (67 kq) moldovalı Donior İslamov, Rafiq Hüseynov (77 kq) Hyenvu Kim (Koreya Respublikası), Murad Lokyayev (97 kq) İtaliya idmançısı Nikolos Kakelaşvili, Beka Kandelaki (130 kq) isə Oskar Marvik (Norveç) ilə görüşdə xalça üzərinə çıxacaqlar.
Görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]