İDMAN
Yunan-Roma güləşçilərimiz dünya Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirirlər
Bakı, 30 aprel, AZƏRTAC
Yunan-Roma güləşi üzrə millimiz dünya Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, aprelin ilk yarısında Göygöldə fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçən yığmamız ayın ikinci yarısında Bakıda taktiki-texniki çalışmalara üstünlük verib.
Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək sonuncu lisenziya yarışına hazırlıq xarakteri daşıyan məşqlər baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında keçirilir.
Qeyd edək ki, komandamız mayın 6-da Bolqarıstana yollanacaq. Güləşin bu növü üzrə mübarizə mayın 8-9-da baş tutacaq. Millimiz dünya Olimpiya təsnifat turnirində 60, 67, 77, 97 və 130 kiloqram çəki dərəcələrində Olimpiadaya lisenziya qazanmağa çalışacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]