İDMAN


Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər

Bakı, 17 sentyabr, AZƏRTAC

Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mundialda yunan-Roma güləşi üzrə millimiz də iştirak edəcək. Yığmamız hazırda yarışa hazırlıqları davam etdirir.

Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində məşq edir. Hazırlıq prosesi oktyabrın 4-dək Bakıda davam edəcək. Növbəti gün millimiz Osloya yollanacaq.

Qeyd edək ki, oktyabrın 6-da güləşin klassik növü üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində yarışa start veriləcək. Oktyabrın 8-də 60, 97 və 130, ayın 9-da isə 63, 67 və 87 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Dünya çempionatına oktyabrın 10-da yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.