İDMAN


Yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışına başlayıblar

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Yunan-Roma güləşi üzrə yığmamız təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu və bir neçə gənc güləşçi də daxil olmaqla, 30-a yaxın idmançı ilə mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.