İDMAN


Yunan-Roma güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Bakı, 22 aprel, AZƏRTAC

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın son 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Aprelin 22-də bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) Nedyalko Petrov (Bolqarıstan), Murad Bazarov (60 kq) belaruslu Qleb Makaranka, Taleh Məmmədov (63 kq) Nikolay Viçev (Bolqarıstan), Namaz Rüstəmov (67 kq) Serbiya idmançısı Mate Nemes, Xasay Həsənli (72 kq) moldovalı Valentin Petiç, Sənan Süleymanov (77 kq) Harri Latvala (Finlandiya), Tuncay Vəzirzadə (82 kq) Mixail Bradu (Moldova), Zamir Məhəmmədov (97 kq) isə Balaş Kiss (Macarıstan) ilə qarşılaşacaq.

Aprelin 23-də E.Əzizli, T.Məmmədov və S.Süleymanov xalça üzərinə çıxacaqlar. Digər güləşçilərimiz isə aprelin 24-də mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.