İDMAN


Yunan-Roma güləşçilərimizin Göygöldə təlim-məşq toplanışı başlayıb

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də yunan-Roma güləşi üzrə yığmamız Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, iyunun 1-dək davam edəcək hazırlıq prosesində baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 kq), Murad Bazarov, Murad Məmmədov, Sakit Quliyev (hamısı 60 kq), Taleh Məmmədov, Mikayıl Rəhmanov, Elvin Mustafayev (hamısı 63 kq), Kərim Cəfərov, Elman Muxtarov, Nofəl Babayev, Namaz Rüstəmov (hamısı 67 kq), Sənan Süleymanov, Rəsul Çunayev (hər ikisi 72 kq), Həsən Əliyev, Ruhin Mikayılov (hər ikisi 77 kq), Eltun Vəzirzadə, Elməddin Ramazanov, İslam Abbasov (hamısı 87 kq), Arif Niftullayev, Orxan Nuriyev, Zamir Məhəmmədov (hamısı 97 kq) və Oyan Nəzəriani (130 kq) iştirak edirlər.

Komanda gündə 3 dəfə məşq edəcək. Təlim-məşq toplanışı gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır.

Xatırladaq ki, sərbəst güləşçilərimizin də Göygöl toplanışı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.