İDMAN


Yunan-Roma güləşçilərimizin U-23 dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib

Bakı, 31 oktyabr, AZƏRTAC

Noyabrın 1-də Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 31-də yunan-Roma güləşində bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Millimizin üzvlərindən Nihad Quluzadə (55 kq) İxtiyar Botirov (Özbəkistan) - Poya Dad Marz (İran) cütünün qalibi ilə, Həsən Məmmədli (63 kq) Korneliu Rusu (Moldova), Həsrət Cəfərov (67 kq) meksikalı Dieqo Martines, Ülvü Qənizadə (72 kq) Qırğızıstan təmsilçisi Liqilik Satimkul, Qurban Qurbanov (77 kq) bolqarıstanlı Zlatomir Emilov, Məhəmməd Əhmədiyev (87 kq) Mario Vukoviç (Serbiya), Sərxan Məmmədov (130 kq) Çili güləşçisi Dieqo Almendras ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.