İDMAN


Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb VİDEO

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) bu mötəbər turnirdə ölkəmizin aktivinə üçüncü qızıl medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Xviça Abuladzeni 6:0 hesabı ilə məğlub edib.

Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə Belarus təmsilçisi Maksim Stupakeviç türkiyəli Emin Çakıra, almaniyalı Noah Englix isə moldovalı Andrey Vitana qalib gəliblər.

Xatırladaq ki, Q.Qurbanov ilk qarşılaşmada Polşadan olan rəqibi Kaçper Karaskieviçi tam üstünlüklə məğlub edib – 8:0. O, daha sonra türkiyəli Emin Çakırı 10:0, Maksim Stupakeviçi (Belarus) 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.