İDMAN


Yunan-Roma güləşi üzrə millimizin lisenziya yarışı üçün heyəti müəyyənləşib

Bakı, 4 may, AZƏRTAC

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Tokio Olimpiadasına lisenziya qazandıracaq sonuncu yarışda hər 3 güləş növü üzrə millilərimiz iştirak edəcək. Yunan-Roma güləşi üzrə mübarizə turnirin son iki günündə baş tutacaq.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) Sofiyada Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaqlar. Komandamız Bolqarıstana mayın 6-da yollanacaq.

Xatırladaq ki, güləşin bu növündə İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.