İDMAN


Yunan-Roma güləşi üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib

Bakı, 28 yanvar, AZƏRTAC

Yunan-Roma güləşi üzrə yığmamız növbəti təlim-məşq toplanışına start verib.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Fransanın Nitsa şəhərində keçirilən Qran-pri turnirində çıxış etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi gələn ay İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır. Komanda qitə birinciliyinədək məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.