RƏSMİ XRONİKA


Yunanıstan Demokratik Alyans Partiyasının sədri, parlamentin deputatı Dora Bakoyannisdən

 Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istərdim. Sizə möhkəm cansağlığı arzulayır, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Azərbaycan Yunanıstanın vacib tərəfdaşıdır. Enerji sahəsinin əsas oyunçuları olaraq bizim ortaq məqsədlərimiz və maraqlarımız vardır. Ümidvaram ki, yeni ideyalar və təşəbbüslərlə, həmçinin artıq razılaşdırılmış layihələrin uğurları ilə ölkələrimiz arasındakı əlaqələr daha da güclənəcək, münasibətlərimiz və əməkdaşlığımız möhkəmlənəcəkdir.

Afinada və ya Bakıda Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Ən səmimi təbriklərimi və ehtiramımı qəbul edin.

Dora Bakoyannis

Yunanıstan Demokratik Alyans Partiyasının sədri,

parlamentin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin