Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yunanıstan KİV-ində ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə məqalələr dərc edilib

Afina, 1 aprel, AZƏRTAC

Yunanıstanda geniş oxucu auditoriyasına malik “Tanea” və “Inews” onlayn xəbər portallarında ölkəmizin Yunanıstan və Albaniyada səfiri Anar Hüseynovun “Azərbaycan və Yunanıstan diplomatik münasibətlərinin 30 illiyi” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin yaranması, son 30 ildə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf dinamikası haqqında geniş məlumat verilib. Məqalədə iki ölkə arasındakı siyasi dialoq, beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq, enerji sahəsində strateji tərəfdaşlıq, mədəniyyət, təhsil və idman sektorlarında fəal əməkdaşlığı özündə əks etdirən zəngin məqamlara xüsusi yer verilib. Hazırda ölkələr arasında gənclər sahəsində əlaqələrin yüksələn xətlə inkişaf etdiyi, həmçinin 2014-cü ildə əsası qoyulmuş Yunan-Azərbaycan Gənclər Mərkəzinin rolu xüsusi vurğulanıb. Ötən illərdə ölkələrimiz arasında 22 hökumətlərarası saziş və memorandumun imzalanması, 8-dən çox sazişin isə müzakirə ərəfəsində olması haqqında məlumat verilib.

Məqalədə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat və enerji əlaqələrinin əsas strateji qovşağında yerləşən Azərbaycanın mühüm geosiyasi əhəmiyyəti və tranzit imkanları qeyd edilib, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi, TAP-ın Cənub Qaz Dəhlizinin əsas komponenti kimi ayrı-ayrı ölkələrin maraqları ilə yanaşı, həm də Avropa İttifaqının qaz təchizatı mənbələrinin şaxələndirilməsi kimi ümumi strateji məqsədə xidmət etdiyi bildirilib. Ümumi büdcəsi 35 milyard dollardan çox olan bu nəhəng layihə iqtisadi artıma töhfə verməklə yanaşı, Cənubi Avropa (İtaliya, Yunanıstan) və Cənub-Şərqi Avropada (Albaniya, Xorvatiya, Bosniya-Herseqovina, Bolqarıstan) təchizat mənbələrinin diversifikasiyasını da həyata keçirir. Məqalədə Azərbaycan və Yunanıstan arasında körpüyə çevrilmiş TAP layihəsinin həyata keçirilməsinin iki ölkə arasındakı münasibətlərdə mühüm mərhələ olduğu xüsusi olaraq vurğulanıb, bu layihə sayəsində ölkələrimizin enerji sektorunda strateji tərəfdaşa çevrildiyi bildirilib. Uzun müddət fəal iqtisadi-ticarət əlaqələri iki ölkə arasında münasibətlərin mühüm əlaməti olub və ticarət dövriyyəsinin həcmi yüz milyonlarla avro təşkil edib. Maliyyə böhranı zamanı ticarət dövriyyəsinin kəskin azaldığı, lakin sonrakı illərdə yüksələn xətlə inkişaf etdiyi diqqətə çatdırılıb. 2021-ci ildə Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin 435,8 milyon dollar olduğu qeyd olunub, kənd təsərrüfatı, bərpaolunan enerji, tikinti, gəmiqayırma, təmir və turizm sahələrində əməkdaşlıq üçün əlavə imkanların araşdırıldığı barədə məlumat verilib.

Məqalədə hazırda Azərbaycan iqtisadiyyatında əsas hədəfin neft və qazdan, o cümlədən idxaldan asılılığı azaltmaq üçün iqtisadiyyatı şaxələndirmək, yeni sənaye sahələri yaratmaq, yüksək texnologiyalı məhsulları, xidmətləri və kommunikasiyaları inkişaf etdirmək, eləcə də turizmin gücləndirilməsinin prioritet olduğu qeyd edilib. Bunun üçün sənaye, turizm, bərpaolunan enerji və kənd təsərrüfatı sahələrində yunan şirkətlərinin Azərbaycanda uğurla təmsil olunacağı diqqətə çatdırılıb.

Humanitar əlaqələr baxımından Azərbaycan Dillər Universiteti tərəfindən yunan dilinin tədrisi proqramının fəaliyyətə başladığı, 1999-cu ildən Bakı Slavyan Universitetində yunan dilinin tədris olunduğu, 2004-cü ildən isə Müasir Yunan Dili Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyətə başladığı qeyd edilib. Yunanıstanın sabiq prezidenti Konstantinos Stefanopulosun Azərbaycana rəsmi səfəri zamanı Müasir Yunan Dili Tədris və Mədəniyyət Mərkəzinin açılış mərasiminin baş tutduğu haqqında da məlumat verilib. Son onilliklərdə Azərbaycan ali məktəbləri ilə Yunanıstanın bəzi universitetləri arasında Avropa İttifaqının Erasmus+ tələbə mübadilə proqramları da daxil olmaqla qarşılıqlı əlaqələrin qurulması, təhsillə yanaşı, mədəniyyət, gənclər və idman sahələrində mübadilələrin mövcud olduğu qeyd edilib.

Bildirilib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və dinlərin ahəngdar birgəyaşayış məkanı olub və bu gün Şərqlə Qərb, xristian və müsəlman dünyası arasında etibarlı dialoq platformasıdır. Qeyd edək ki, yunan alim və incəsənət xadimləri bu prosesdə fəal iştirak edərək, hər il Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumlarında öz ölkələrini mütəmadi olaraq təmsil edirlər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir