DÜNYA


Yunanıstan Kiprlə sərnişin bərəsini yenidən bərpa edir

Afina, 23 sentyabr, AZƏRTAC

Yunanıstan Kiprlə sərnişin bərəsini 2020-ci ilin mayında yenidən təşkil etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiprin Dənizçilik nazirinin müavini Natasa Pilides deyib. Onun sözlərinə görə, araşdırmalar və sorğuların nəticəsi olaraq dəniz xəttinin bərpa olunması gələn il üçün münasibdir. Layihənin maliyyələşməsi ilə bağlı nazirlik Avropa Komissiyasına müraciət göndərib. Marşrutun istismarı üzrə tender elan olunacaq.

Qeyd edək ki, məlumatlara görə, marşrut həftədə bir dəfə may və sentyabr ayları arasında, qış aylarında isə iki həftədən bir fəaliyyət göstərəcək. Dəniz səyahəti 30 saat sürəcək, qiymətlər isə təyyarə ilə uçuşdan aşağı olacaq. Təxmin olunur ki, yeni bərə əlaqəsini Kiprdə yerləşən Limassol və Pirey limanları idarə edəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.