DÜNYA


Yunanıstan Prezidenti Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına təəsüfləndiyini bildirib

Afina, 22 may, AZƏRTAC

Yunanıstan Prezidenti Prokopis Pavlopulos Avropa İttifaqının Brexit üzrə baş təmsilçisi ilə görüşündə bildirib ki, rəsmi Afina Böyük Britaniyanı Avropa İttifaqı daxilində görmək istəyir. O qeyd edib ki, rəsmi Londonun qərarı xalqın iradəsini əks etdirsə də, Yunanıstan çox istərdi ki, Böyük Britaniya qərarını dəyişsin. Dövlət başçısı vurğulayıb ki, bu, ölkəsinin və şəxsən özünün rəsmi mövqeyidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.