DÜNYA


Yunanıstan Rusiyadakı səfirini geri çağırıb

Bakı, 11 avqust, AZƏRTAC

Yunanıstan Moskvadakı səfiri Andreas Friqanası Afinaya geri çağırıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Yunanıstan tərəfindən məsələ ilə bağlı verilən açıqlamada belə bir qərarı şəxsən ölkənin xarici işlər naziri Nikos Koçiasın qəbul etdiyi bildirilib.

Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişinə qadağa qoyub. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar. Bundan sonra rəsmi Moskva Afinaya bir neçə dəfə xəbərdarlıq edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.