DÜNYA


Yunanıstan Türkiyəni qaçqınlar məsələsində dəstəklədi

Afina, 4 fevral, AZƏRTAC

Yunanıstan Türkiyə ilə dialoqun lehinədir və bu dialoq iki xalqın və bütövlükdə regionun marağına tam uyğundur.

AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibəsində deyib.

Bildirib ki, Türkiyənin 4 milyon qaçqını qəbul etməsi dünya ictimaiyyəti tərəfindən nəzərə alınmalıdır. Baş nazir Ankara ilə Afina arasında əməkdaşlığın davam etməsinə inandığını, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərin səmimiyyət və qarşılıqlı hörmət üzərində qurulduğunu qeyd edib. Ərdoğanın uzun illər sonra Yunanıstanı ziyarət edən ilk Türkiyə dövlət başçısı olduğunu vurğulayıb. Qeyd edək ki, son zaman Yunanıstanla Türkiyə arasında münasibətlər bir qədər kəskinləşmişdi. Sərhəd bölgələrində baş vermiş xoşagəlməz hadisələr, hər iki tərəfdən tənqidlər, Kipr məsələsində anlaşılmazlıq, Türkiyədən qaçan hərbiçilərin Yunanıstan tərəfindən ekstradisiya edilməməsi bu münasibətləri daha da çətinləşdirirdi. Bütün bunlara baxmayaraq, iki ölkə sülhpərəst münasibətlərin heç bir şərt irəli sürülmədən inkişaf etmək barədə razılığa gəliblər. Eyni zamanda, TAP və “Türk axını” layihələrində əməkdaşlıq iki ölkənin iqtisadi maraqlarına cavab verir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.