DÜNYA


Yunanıstan XİN: Afinada Kanada səfirliyinə edilən hücum iki ölkə arasındakı münasibətlərə təsir etməyəcək

Afina, 23 oktyabr, AZƏRTAC

Yunanıstan XİN Afinada Kanada səfirliyinə edilən hücumu qəti şəkildə pisləyir və bildirir ki, bu hadisə iki ölkə arasındakı münasibətlərə təsir etməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstan XİN-in bəyanatında deyilir.

Bildirilir ki, ölkənin müvafiq qurumları məsələni araşdırır, cinayətkarların tapılması istiqamətində fəaliyyət göstərirlər.

Qeyd edək ki, Afinada 10 nəfər maskalı şəxs Kanada səfirliyinə hücum edərək pəncərələri sındırıb, binanın içərisinə boya ilə dolu şüşələr atıblar və hadisə yerindən uzaqlaşıblar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.