DÜNYA


Yunanıstan baş vermiş qasırğadan özünə gələ bilmir

Afina, 16 iyul, AZƏRTAC

Yunanıstanın qərbində yerləşən Maknini və Plataniti bölgələrində evlərin çoxu su altında qalıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində yollar dağılıb, onlarla vətəndaş təxliyə edilib.

Ölkənin Nafpaktos bölgəsi də Antino siklonu nəticəsində əmələ gələn güclü qasırğadan zərər çəkib, infrastruktur dağılıb. Yerli hökumət orqanları vətəndaşlarla bir yerdə vəziyyəti tezliklə normallaşdırmağa çalışır. Bölgədə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, Yunanıstanın şimal hissəsində yerləşən Xalkidiki bölgəsində baş vermiş qasırğa nəticəsində yeddi nəfər həyatını itirmişdi. Öz quru və isti iqlimi ilə tanınan Yunanıstan üçün bu kimi təbii fəlakət gözlənilməz olub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.