DÜNYA


Yunanıstan ərazi sularını genişləndirmək niyyətindədir

Afina, 23 oktyabr, AZƏRTAC

Yunanıstan Xarici İşlər Nazirliyi Prezident Prokopis Pavlopulosun bu ölkənin ərazi sularının genişləndirilməsini nəzərdə tutan sərəncamının qanun layihəsini hazırlayıb.

Bunu Yunanıstanın sabiq xarici işlər naziri Nikos Kotzias qurumun işlərinin hazırkı Baş nazir Aleksis Tsiprasa təhvil verilməsi mərasimində söyləyib. O bildirib ki, birinci qanun layihəsi ölkənin şimal adalarına aid olacaq və İonik adalarından başlayaraq Krit adasına kimi davam edəcək.

Qeyd edək ki, N.Kotzias öz vəzifəsindən istefa verərək xarici işlər naziri səlahiyyətlərini Baş nazir Aleksis Tsiprasa təhvil verib. Aleksis Tsipras bildirib ki, o, Makedoniya ilə ölkənin adı barədə sazişin bağlanmasına özü rəhbərlik edəcək. Baş nazir ölkənin ərazi sularının 6 mildən 12 milədək genişləndirilməsin beynəlxalq hüquqa uyğun olduğunu və prosesin davam edəcəyini diqqətə çatdırıb.

Hazırda Yunanıstanın ərazi suları 6, hava məkanı isə 10 mil təşkil edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.